Cərrah Təbəssüm Qurbanovanın lisenziyası ləğv edildi - Əməliyyat zamanı canlı açmışdı
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın plastik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib. Bununla da lisenziyası ləğv edilən plastik cərrahların sayı 6-ya çatıb.
Lent.az lisenziyası ləğv edilən daha bir plastik cərrahın kimliyini öyrənib.
O "Azər-Türk Med” klinikasında plastik cərrah kimi faliyyət göstərən Təbəssüm Qurbanovadır.
Təbəssüm Qurbanova bir müddət əvvəl əməliyyat zamanı canlı açdığı üçün medianın gündəminə gəlmişdi. 
Mediada yayılan məlumatlara görə, Təbəssüm Qurbanova "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədiri hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun yaxın qohmudur.
Qeyd edək ki, bundan əvvəl plastik cərrahlar – Sevinc Heydərova, Bəhicə Kərimova, Rəna Quliyeva, Könül Ağamirova və Şövkət Əliyevanın da lisenziyalarının ləğv olunmasına dair xəbər vermişdik.
Bununla da lisenziyası ləğv olunan plastik cərrahların sayı 6-ya çatıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?