USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılması və ya ləğvi bu ölkənin daxili işidir. USAID yeni Prezident Donald Trampın federal hökumətdə islahatlar aparmaq səyləri fonunda bağlanmaqla üz-üzə qalıb.
USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb. Bu qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə Azərbaycanda qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edən beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyur, əsassız iddialar irəli sürürlər. Onların sırasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi də var. Bu təşkilat son illər Azərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir, Ermənistana isə “sevgisini” daha da artırıb. Son bir neçə ildə USAID-in rəhbər şəxslərinin bu ölkəyə davamlı səfər etməsi və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübut edir. Ötən il qurumun Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağı elan olunmuşdu. Digər tərəfdən, dövlətimiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra USAİD rəsmiləri Azərbaycana qarşı əsassız iddialarla çıxış ediblər. Onların ölkəmiz əleyhinə səsləndirdikləri iddialar separatizmin və Ermənistanın daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey olmayıb.
Bütövlükdə, USAİD-in maliyyə dəstəyi ilə müxtəlif ölkələrdə daxili problemlərin yaradılması barədə kifayət qədər faktlar mövcuddur. Azərbaycan ictimaiyyətinə də bütün bunlar yaxşı məlumdur. Ona görə də, ölkəmizdə bu qurumun müsbət imici yoxdur. Bütün hallarda isə təşkilatın ləğv edilib-edilməməsi ABŞ-ın daxili işidir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?