OLMAYAN VELOSİPEDLƏR VƏ PULYIĞMA MƏNBƏYİ OLAN PARKLAMA ŞƏHƏRİNDƏ TIXACLAR!
...PREZİDENT İLHAM əLİYEV NEÇƏ GÜN ƏVVƏL BAKININ TIXAC PROBLEMİNƏ HƏSR EDİLMİŞ MÜŞAVİRƏ KEÇİRDİ...
AYNA-nın rəhbəri hər şeydən danışdı, amma Bakıdakı onsuz da tıxaclı mövcud yolları daraldıb pulyığma mənbəyi olan parklamadan və tək-tük velosipedçisi olan velosiped zolağının hansı səmərə verdiyindən danışmadı. Axı yol nəqliyyatındakı dəyişikliyin-islahatın fəlsəfəsi sərnişinlərin mənzil başına rahat və tez daşınmasından ibarətdir. Bakı sərnişinləri isə saatlarla tıxacda qalırsa, demək, bu fəlsəfə düşgün yazılmayıb, onu dəyişmək lazımdır!
***
Dəfələrlə müşahidə aparmışam: H.Əliyev, 8 Noyabr və Babək istiqamətindən gəlib (Abşeron yarımadasının payına düşən yaşayış ərazilərindən) "Azneft" dairəsi istiqamətinə yönələn avtomobillərin 90 faizi rayon istiqamətinə gedir. Əks istiqamətdə də eyni mənzərədir... Ən çox sıxlıq da bu ərazidədir. Həmin avtomobillərə Ağ Şəhər istiqamətindən bulvarkənarı yolla (Qara dənizin sahili boyu- Trabzonda olan kimi) Lökbatan dairəsi istiqamətinə getməsi təmin edilməlidir... Niyə rayonlara, eləcə də "Binə" və "Sədərək" bazarlarına gedən bu avtomobillər Bakının mərkəzinə daxil olmalıdır???
Nəhayət, Bakının gələcəyi üçün: 3 tərəfi su olan Abşeron yarımdasında yerləşən paytaxtın gələcəyi naminə Bakının mərkəzdəki göydələn tikintisi dayandırılmalıdır! Bakı bu yolla barama qurdu kimi özünə tor tikir!
Asif MƏRZİLİ - tezadlar.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?