Şirvanda SEÇKİ-MEÇKİ YOXDUR: bələdiyyə sədri də bilinir... özü isə deyir ki... - AÇIQLAMA
51 saylı Şirvan Seçki Dairəsi üzrə bələdiyyə sədrliyinə YAP tərəfindən namizədliyi irəli sürülən İlham Səfərov sosial şəbəkələrdə seçkilərdən əvvəl artıq sədr təyin olunmasına, haqqında səsləndirilən tənqidlərə münasibət bildirib.
İ.Səfərov Pravda.az-a açıqlamasında deyilənləri əhəmiyyətsiz hesab edib:
“Hazırda seçki davam edir. Millət kimə səs verəcəksə, həmin adam sədr seçiləcək. Bizlik nə var ki? Yeni Azərbaycan Partiyasının 17 namizədi var. Ümumilikdə, 51 saylı Şirvan Seçki Dairəsinə 32 nəfərin namizədliyi irəli sürülüb. Kim kimə səs verəcək, özü bilər. Sosial şəbəkələrdə nə yazırlar, yazsınlar. Yazanda nə olur ki? Proses başa çatsın, danışarıq. Hazırda məntəqələrə baxırıq, vətəndaşlar seçkiyə gəlirlər. Şirvanda seçki həmişə yüksək səviyyədə keçirilib, bu gün də elədir. Səhər saatları olmasına baxmayaraq, artıq seçicilər məntəqələrə gəlirlər. Sədr olmaq üçün kimin nə qədər şansı olduğunu heç kim deyə bilməz. Seçicilər kimi istəyirlər, onu seçərlər. Mənim bir səsim var”.
Qeyd: İlham Səfərov Şirvan Olimpiya İdman Kompleksinin direktorudur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?