“Oktyabrdan bəri maaşımızı vermirlər”
Dövlət Gömrük Komitəsinin əməkdaşları bir neçə aydır əməkhaqqı ala bilmir.
Bu barədə “Qafqazinfo”ya həmin qurumda çalışan şəxslər müraciət ediblər.
Onların sözlərinə görə, oktyabr ayından bəri komitədə işçilərə məvacib verilmir. Həmçinin bu müddət ərzində məzuniyyət pulunu da ala bilməyənlər, buna görə haqlı olaraq narazılıq edənlər az deyil. Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var.
Şikayətçilər yaranmış vəziyyəti Gömrük Komitəsinin builki büdcə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqələndiriblər. Onlar quruma ayrılan maliyyə vəsaitlərinin bütün işçilərin məvaciblərini gecikmə olmadan ödəməsi üçün kifayət etdiyini, artıq bir müddətdir ki, bu problemin sosial şəbəkələrdə də işıqlandırıldığını, lakin buna baxmayaraq heç bir tədbir görülmədiyini bildiriblər.
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinə bir neçə dəfə sorğu ünvanlasaq da, cavab ala bilmədik. (Qafqazinfo)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?