“Solida” paltar mağazasında kartdan-karta əməliyyatı - Vergidən yayınma
Mağazada müştərilərə aldıqları paltarların pulunu sonu 8343 3066 rəqəmi ilə bitən karta vurulmalarına şərait yaradılır...
Azərbaycanda "Elektron ticarət haqqında” qanuna görə iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan obyektlərdə nağdsız ödənişlərin kartdan-karta köçürülməsi qadağan olunub. Qanuna əsasən, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.
İqtisadiyyat Nazirliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən edilən xəbərdarlıqlara və aparılan məlumatlandırılma işlərinə baxmayaraq, hələ də bir çox iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar "Nağdsız hesablaşmalar haqqında” qanunu pozamaqla məşğuldurlar.
AzFakt.com xəbər verir ki, "Nağdsız hesablaşmalar haqqında” qanunu pozan iaşə obyektlərindən biri də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən "Solida” qadın paltarları mağazasıdır.

Müştərilərin saytımıza bildirdiyinə görə, "Solida” mağazasından alver edən müştərilər ödənişlərini kartla ödəmək istədikdə onlara bildirilir ki, post terminalda hansısa problem yaranıb və vəsaiti kartdan-karta köçürsünlər.
Məlumata görə müştərilərə sonu 8343 3066 rəqəmi ilə bitən "Kapital Bank” kart nömrəsi verilir və alınan malın pulu həmin karta köçürülür. 

Bildirək ki, qanuna əsasən, kartdan-karta köçürmələrə görə birinci dəfə cərimə 1000 manat, ikinci dəfə 3000 manat, üçüncü dəfə və daha çox olanda 6000 manat müəyyən edilib.
Məsələ ilə bağlı "Solida” mağazasından sorğumuza cavab olaraq bildirildi ki, terminalda problem, nasazlıq olanda bu hal baş verə bilər.
AzFakt.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?