XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Emin Əmrullayevin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Emin Əmrullayevin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Emin Əmrullayevin Zərdabdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
23-01-2025, 10:59

 Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 24-də Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Vətəndaş qəbulu yanvarın 30-da keçiriləcək.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.