“Sea Breeze”dəki mənzillərdə problemlər var? - VİDEO
“Sea Breeze” Kurort Kompleksində tikilən binalarla bağlı yeni video yayılıb. Videoda qeyd olunub ki, tikilən binadakı mənzillərdə kombi sistemi balkonda yığılsa da, isti döşəmənin kollektoru dəhlizdə yerləşdirilib. Buna görə də qaz sərfiyyatı daha çox olacaq.
Kommersant.az xəbər verir ki, bundan başqa kombidən kollektora gedən boru 25-lik çəkilib ki, bu da 32-lik boru olmalı idi. Çünki kombi sistemində təyin olunmuş istilik dərəcəsi isti pol və radiatorlara getdikdən sonra daha soyuq halda kombiyə qayıdacaq. Buna görə də kombi dayanmadan qaz sərfiyyatı edərək geri aldığı soyuq suyu isitməyə başlayacaq. Borunun nazik olması da eyni prosesə təkan verir. Kombidən çıxan 25-lik boru evdə müəyyən olunmuş nöqtələrə paylanır və kombinin isti suyu geri sovurma qabiliyyəti azalır. Dövriyyə bu formada davam etdikcə qaz sərfiyyatı artıb.
Sözügedən videoda daha bir neçə məqam diqqət çəkib. Arakəsmə divarlarının alçıpanla bölünməsi gələcəkdə sakinlərə bəzi problemlər yaşada bilər. Məsələn, divara TV, kondinsioner, ağır tablo və s. kimi asqılı əşyalar yerləşdirmək çətin olacaq.
Kollektor sistemi və şitin kolidorda mebelin arxasına yerləşdirilməsi də layihənin əvvəldən planlaşdırılmadığına işarə edir. Orada mebellrin yerləşdirilməsi əvvəldən planlı olsaydı o zaman şit və kollektor başqa bir yerdə ola bilərdi. Nəticədə mebellerin arxası kəsilməz və estetik görünüşə ziyan dəyməzdi. Eyni zamanda mebelin içinə yerləşdiriləcək yüklər daha sonradan kollektor və şitə əlçatanlığı azaldacaq.
Mənzillərə daxil olan yüksək gərginlik elektrik xəttləri isə sanuzel qovşağından dəhlizə çəkilib. Bu da gələcəkdə təhlükəsizliyi sual altına qoyur.
Ardı var...
VİDEO BURADA: baxmaq üçün tıklayın...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?