Türkmənistandakı səfirlik: 20 Yanvar – Azərbaycanın şərəf və qəhrəmanlıq salnaməsidir
Bu gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il ötür.
Bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyinin “News Central Asia”da dərc olunan məqaləsində deyilir.
“Azərbaycanda milli-azadlıq hərəkatını yatırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkənin digər şəhərlərində keçmiş sovet ordusunun qüvvələri dinc əhaliyə qarşı vəhşicəsinə zorakılıq aktı törədib, nəticədə 150 nəfər həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər itkin düşüb”, - məqalədə bildirilib.
Bundan dərhal sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı əməlləri pisləyib. Heydər Əliyev məhz bu bəyanat sayəsində informasiya blokadasını yara və baş verən hadisələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilib.
Materialda qeyd edilir ki, 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, ölkənin dövlət müstəqilliyinin bərpası prosesində dönüş nöqtəsi olub: “Azərbaycan xalqı tarixi mübarizə ənənələrinə sadiqliyini nümayiş etdirib, yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq tarixində parlaq səhifə olub. 20 Yanvar təkcə faciə deyil, bu, Azərbaycan tarixinə Milli Qürur Günü kimi daxil olmuş hadisədir. Bununla Azərbaycan xalqı bütün dünyaya azad, suveren, müstəqil yaşamağa layiq olduğunu bəyan etmiş oldu”.
Qeyd olunub ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən növbədənkənar iclasında 20 Yanvarda Bakıda baş vermiş hadisələrə hüquqi-siyasi qiymət verilib, “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı qərar qəbul edilib, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib.
“Hər il yanvarın 20-də Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiramla yad edir. Hər il bu gündə ölkədə kütləvi tədbirlər keçirilir, həmin tədbirlərdə Azərbaycan sakinləri Şəhidlər xiyabanını ziyarət edir, qəhrəmanlarını minnətdarlıqla yad edirlər”, - məqalədə göstərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?