Şərur doğum evində zorakılıq edən kimdir?- Video
Şərur Rayon Doğum Evində zorakılıq hadisəsi baş verib. Hadisəni törədən isə polis zabiti Tarix Hüseynov olub.
Xalqxeber.az xəbər verir ki, Şahid ailəsindən “Gündəlik Naxçıvan”a verdikləri məlumatda hadisənin bir hissəsini əks etdirən videogörüntüləri də təqdim ediblər.
Onların sözlərinə görə, həyat yoldaşını yoxlanışa gətirən Hüseynov qaydalara məhəl qoymayaraq zorla içəri girməyə çalışıb. İçəri buraxılmadıqda isə qapını təpikləyib, işçiləri yumruqlayaraq, onları təhqir edib.
Təhqir edilən və döyülən işçilər arasında şəhid anası da olub. Şahidlər bildirirlər ki, Hüseynov “Mən şəhid-filan tanımıram” deyərək onu da itələyib və yumruqlayıb. Çarəsiz qalan işçilər polis çağırıb, lakin Hüseynov gələn polislərə də müqavimət göstərib və onları təhqir edib. O, zorla polis maşınına mindirilərək Naxçıvan Daxili İşlər Nazirliyinə aparılıb.
“Naxçıvan Şəhid Ailələri“ İctimai Birliyi hadisə ilə bağlı DİN-ə rəsmi müraciət göndərərk, hadisəni törədən polis zabitinin cəzalandırılmasını tələb ediblər.
Yerli DİN-dən “Gündəlik Naxçıvan”a hadisəni təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.
Videogörüntülər hadisə yerinə polislər çağrıldıqdan sonra çəkilib.(Xalq.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?