Aparıcı efirdən TƏBİB-i "topa tutub": "Hörmətli TƏBİB, nə baş verir?" - VİDEO
Aparıcı İlqar Mikayıloğlu “Gün ortası” verilişində TƏBİB-i sərt tənqid edib.
O, başqa bir proqramda həkimə ehtiyacı olan şəxs üçün təcili tibbi yardıma zəng edildiyini, lakin 7 dəqiqə ərzində telefona cavab verilmədiyini sübüt edən görüntüləri verilişində nümayiş etdirərək bunları deyib:
“Həmkarlarımın birinin verilişində həkim lazım olub, dərhal təcili tibbi yardıma zəng edilib. 7 dəqiqə operatorlar cavab verməyib. Burada insan taleyindən söhbət gedir. Fərq etmir nə baş verib, operator dərhal telefona cavab verməlidir. Adı üstündədir, təcili tibbi yardım, tibbi yardım yox, əsas söz burada təcilidir. Operator sayı nöqteyi nəzərdən 1 dəqiqəni başa düşə bilərəm, amma 7 dəqiqə ərzində niyə cavab verilmir?
Artıq hesab edin ki, bir insan orada dünyasını dəyişdi. Kimsə TƏBİB-dən desə ki, xeyr belə deyil, fakt göz qarşısındadır. Hörmətli TƏBİB, nə baş verir?
Ötən ilin dekabrında biz sizə sorğu göndərmişdik. İndi başa düşürəm ki, niyə sorğumuza cavab vermirsiniz. Əgər təcili tibbi yardım 7 dəqiqə cavab vermirsə, belə çıxır ki, sorğumuzun cavabını 7 il gözləməliyik? TƏBİB-in işində yaranan problemin aradan qaldırılması üçün sorğuma cavab gözləyirəm. Siz cavab vermədikcə üst quruma, o cavab verməsə, ondan da üst quruma, o da cavab verməsə, daha bir üst quruma müraciət edəcəyik. Xahiş edirəm ki, bu məsələləri tam ciddiyə alasınız”.( Mia.az)
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?