“Nəzrin əməliyyatdan 35 gün öncə müayinə edilmişdi” - Video
“Nəzrinin 29 yaşı var idi, bir də azyaşlı qızı. Dekabrda övladının 3 yaşını qeyd elədik. Onun körpəsinin “anam haradadır?” sualına cavab tapa bilmirik. Ancaq anasını axtarır, onu ən son evdən anlaqsız vəziyyətdə çıxanda görmüşdü”.
Bunu burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın bacısı Nərmin Paşabəyli Baku TV-yə açıqlamasında deyib.
“Körpə düşünür ki, anası sağalıb, qayıdacaq. Sadəcə bizdən zamanını soruşur. Hələ ki heç kəs cəsarət toplayıb, ona cavab verə bilmir. Yoldaşı, uşağı və bizlər çarəsiz vəziyyətdəyik”, - deyə o əlavə edib.
N. Paşabəyli, həmçinin bacısının həkimi araşdırmadığını söyləyib: “Biz bilmirdik, o ancaq özü axtarırdı, dedi ki, bu həkim yaxşıdır, 10 il iş təcrübəsi var. Biz də heç nə demədik. Amma bacım həkimi yaxşı araşdırmamışdı. Quqldan baxsa belə görərdi ki, məsləhətli deyil. Sadəcə bildiyi o idi ki, həkimin təcrübəsi 10 ildir. Başqa məlumatı yox idi. Bacım əməliyyatdan 35 gün öncə müayinə edilmişdi, bu da əvvəldən görünürdü ki, həkim problemlidir”.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra Nəzrin Mansurovanın vəziyyəti ağırlaşıb. O, komaya düşərək vəfat edib.
Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırılıb və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Daha ətraflı videomaterialda:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?