Çimnaz Sultanovanın ölüm səbəbi açıqlandı - Rəsmi
“45 yaşlı Heybətova Çimnaz Mütəllim qızı 2021-ci ildən etibarən Bakı Sağlamlıq Mərkəzində altı dəfə tibbi xidmət alıb. Həmin ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olunub”.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova məlumat verib.
G.Kazımova qeyd edib ki, pasiyent ilk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməzliyi diaqnozu ilə qəbul edilib:
“Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji Mərkəzdə radioterapiya qəbul edib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib”.
“Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməzliyi yaradan “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib.
Xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib. Biz rəsmi araşdırmalarının aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazırıq”, - BSM rəsmisi əlavə edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?