Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin nizamnamə fondu açıqlanıb
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nizamnamə fondu 10 milyon manat məbləğində müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi qurumun Nizamnaməsində öz əksini tapıb.
Sənədə əsasən, AZCON-un əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət müəssiələrinin ödədiyi vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
AZCON öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
AZCON qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra AZCON-un, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
AZCON-un mənfəəti ölkə Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
AZCON-un məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
Dövlət müəssisələrinin AZCON-a ödədikləri vəsaitdən AZCON-un bu Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirmək üçün istifadə olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?