“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resursları departamentinin müdir müavini Samir Yusif oğlu Əmirovun diplomunu təsdiqləməyib.
Samir Əmirov Türkiyənin Ege Universitetində radio, televiziya və sinema fakültəsində təhsil alıb.
Onun departament rəhbəri Ceyhun Nağıyevlə dost olduğu bildirilir, əvvəllər özəl şirkətlərdən birində çalışıblar. Həmin vaxt Samir Əmirov dostu Ceyhun Nağıyevin müdiri olub. ADY-də isə vəzifələri yerini dəyişib. S.Əmirov departament rəhbərinin müavini olmaqla yanaşı, ADY-də Təlim və İnkişaf Mərkəzinin də müdiridir.
Məsələ ilə əlaqədar Pravda.az-ın əməkdaşı Samir Əmirovla əlaqə saxlasa da, o, münasibət bildirməkdən imtina edib: “Bu məsələ ilə bağlı heç bir məlumat verən deyiləm. Ümumiyyətlə, nə məsələdir, məni niyə belə narahat edirsiniz? Sizə nömrəmi kim verib? Nömrəm axı mətbuatda yoxdur. Sualınızla əlaqədar elə nömrəmi aldığınız şəxsə müraciət edin”.
"DİA-AZ" bildirir ki, əslində bu faktın özü yetərlidir ki, “Azərbaycan Dəmir Yolları” sistemində cərəyan edən olayların mahiyyətindən xəbərdar olasan. Yəni təkcə kadr təyinatında saxtakarlıq müşahidə olunmur, eyni zamanda büdcə vəsaitinin xərclənməsi, keçirilən tenderlər və daha böyük yeyinti imkanları... bu gün cənab Rüstəmovun əsas şakərlərindən birinə çevrilib, desək, yanılmarıq...
Əgər bu fakt həqiqəti ehtiva edirsə, “Azərbaycan Dəmir Yolları”nda təkcə diplomu saxta olanlar yox... saxta diplomluları görəvə gətirənlər də işlərindən kənarlaşdırılmalıdırlar. Çünki belə bir TƏHLÜKƏLİ TƏYİNAT heç də qarşılıqsız ola bilməz...(Pravda.az)
Məsələ diqqətimizdədir...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?