Nazirlik ADY-nin departament rəhbərinin müavininin diplomunu tanımayıb -“Sizə nömrəmi kim verib?“
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnsan resursları departamentinin müdir müavini Samir Yusif oğlu Əmirovun diplomunu təsdiqləməyib.
Məlumata görə, S.Əmirov Türkiyənin Ege Universitetində radio, televiziya və sinema fakültəsində təhsil alıb.
Onun departament rəhbəri Ceyhun Nağıyevlə dost olduğu bildirilir, əvvəllər özəl şirkətlərdən birində çalışıblar. Həmin vaxt Samir Əmirov dostu Ceyhun Nağıyevin müdiri olub. ADY-də isə vəzifələri yerini dəyişib. S.Əmirov departament rəhbərinin müavini olmaqla yanaşı, ADY-də Təlim və İnkişaf Mərkəzinin də müdiridir.
Məsələ ilə əlaqədar Pravda.az-ın əməkdaşı Samir Əmirovla əlaqə saxlasa da, o, münasibət bildirməkdən imtina edib: “Bu məsələ ilə bağlı heç bir məlumat verən deyiləm. Ümumiyyətlə, nə məsələdir, məni niyə belə narahat edirsiniz? Sizə nömrəmi kim verib? Nömrəm axı mətbuatda yoxdur. Sualınızla əlaqədar elə nömrəmi aldığınız şəxsə müraciət edin”.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sorğu ünvanlanıb.
Xatırladaq ki, ötən ilin sonlarında Ceyhun Nağıyev barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən protokol tərtib edilib.(pravda.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?