Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Azərbaycanda çoxsaylı qətllərə görə barəsində ölüm hökmü verilən, sonradan ömürlük cəzaya məhkum edilən və 25 ildir cəza çəkən kriminal avtoritet Mübariz Niyazovun (“Gəncəli Mübariz”) oğlu Ramin Niyazovun ermənilərlə şərikli biznesi olduğu iddia edilir.
Axar.az xəbər verir ki, bununla bağlı internet üzərindən apardığı apaşdırma zamanı bəzi maraqlı nüanslar ortaya çıxıb.
Belə ki, Rusiya Federasiyasının dövlət qurumlarının elektron sistemə yerləşdirdikləri ictimaiyyətə açıq məlumat bazasında yer alan məlumata görə, Ramin Niyazov bir neçə il öncə Markosyan Süzanna Albertovna ilə “Astra” MMC şirkətini təsis edib.
Onların hər biri şirkətdə 50 faiz paya malikdir.
Şirkətin direktoru isə Markosyan Mila Vanovnadır. O, təsisçilərin razılığı ilə 2 iyun 2023-cü ildən “Astra” MMC-yə rəhbərlik edir.
Mila Markosyan Ermənistan vətəndaşıdır.
Bundan başqa, Ramin Niyazovun digər ermənilər - Andreasyan Ripsime Qarnikovna, Markosyan Van Otarovic, Osipova Era Aşotovna ilə birgə əməkdaşlığının olduğu, hazırda bu işbirliyinin davam etdiyi də iddia edilir.
Onu da qeyd edək ki, rəsmi məlumatlara görə “Astra” MMC 30 iyun 2021-ci ildə qeydiyyata alınıb. “Astra” MMC-nin hüquqi ünvanı kimi Moskva vilayəti, Balaşixa şəhəri, Sitnikov küçəsi, ev 8, mənzul 256 göstərilir.
“Astra” MMC qida məhsullarının pərakəndə satışı ilə məşğuldur. Onun fəaliyyət sahəsində əsas yeri ixtisaslaşmamış mağazalarda tütün məmulatları və içkilərin satışı tutur. Amma şirkətin meyvə və tərəvəz, balıq, ət və ət məhsulları, çörək və un məmulatları, şirniyyatların satışı ilə də məşğul olduğu da qeyd olunur.
Məsələ ilə bağlı R.Niyazovla əlaqə yaratmaq mümkün olmayıb. Onun Bakıdakı vəkili A.Məmmədov isə bu məsələyə münasibət bildirmək istəmədiyini bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?