Deputatın təsisçisi olduğu şirkət 88 min manatlıq tender uddu
Ədliyyə Nazirliyi “Embawood” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Satınalma müqaviləsi məhkəmələrə mebel və digər inventarların satın alınması ilə bağlıdır.
Məlum olur ki, nazirlik şirkətdən 88.914,18 manatlıq mebel və invertar alacaq.
1996-cı ildən fəaliyyət göstərən “Embawood” şirkəti 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3250 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.
“Embawood”da əsas pay sahiblərindən biri olan Elşad Abbasov bir müddət şirkətin baş direktoru vəzifəsində çalışıb. O, 2016-c ildə bu vəzifədən istefa verib və şirkətin Müşahidə Şurasının sədri təyin edilib.
“Embawood” şirkətində əsas pay sahiblərindən biri də deputat Məşhur Məmmədovdur. Deputat haqqında bioqrafik məlumatlarda onun “Embawood” şirkətinin təsisçisi olduğu qeyd edilib.
Məşhur Məmmədovla Elşad Abbasov həm də “Emba Finans” QSC-nin əsas səhmdarlarıdır.
Məşhur Məmmədov 2020-ci ildən deputatdır. O, parlamentdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edəcək. /Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?