“Narkotik Asılılığına Qarşı Mübarizə” layihəsinin sonuncu təlimi baş tutdu
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sosial İnkişaf Yardım İctimai Birliyinin təşkilatçılığı və 158 nömrəli tam orta məktəbin ev sahibliyi ilə “Narkotik Asılılığına Qarşı Mübarizə” layihəsinin sonuncu təlimi baş tutdu.
Təlim tədbirini 158 nömrəli tam orta məktəbin direktoru Mehriban xanım açaraq qonaqları salamladı. O, narkotik asılılığına qarşı mübarizənin gənclərin gələcəyi üçün vacib olduğunu vurğuladı və maarifləndirmə işlərinin bu istiqamətdə mühüm rol oynadığını qeyd etdi.
Daha sonra Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru və layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin məqsəd və vəzifələrinə toxundu. O, layihənin əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təşviqi olduğunu bildirdi. Bununla yanaşı, o qeyd etdi ki, layihə çərçivəsində həyata keçirilən tədbirlər gənclərin narkotiklərdən uzaq durmasına və bu mövzuda daha məlumatlı olmasına xidmət edir.
Növbəti çıxışda layihənin təlimçisi, Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri, Gənclər Fondunun təlimçilər bazasında qeydiyyatda olan təlimçi Büllur xanım Məmmədova maarifləndirmə təliminin əhəmiyyətindən danışdı. O vurğuladı ki, gənclərin narkotiklərin yaratdığı təhlükələr barədə məlumatlandırılması cəmiyyətin sağlam gələcəyinin qurulmasında mühüm rol oynayır. Büllur xanım eyni zamanda, təlimlərin yalnız məlumat paylaşımı deyil, gənclərin öz fikirlərini ifadə etməsi və problemlərə həll yolları tapması üçün də bir platforma olduğunu qeyd etdi.






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?