4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovun dövlət qulluqçusu olmadığı iddia edilir.
Bu barədə redaksiyamıza mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
Bildirək ki, “Dövlət qulluğu haqqında” qanunun tələbinə uyğun olaraq dövlət qulluqçusu olmayan şəxs idarə rəisi təyin edilə bilməz. Ancaq Asif Məcidov himayədarının köməkliyi ilə dövlət qulluqçusu olmadığı halda idarə rəisi təyinatı alıb. Görünür Asif Məcidovun dövlət qulluqçusu olmadanda idarərəisi işləməsi Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevi qane edir. Yada Asif Məcidovun himayədarının gücü Muxtar Babayevi üstələyir.
Redaksiyamıza daxil olan digər məlumata görə Asif Məcidovun diplomu xarici ölkələrdən birinin ali təhsil müəsissəsinə aiddir.
Xatırladaq ki, bir neçə gün öncə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin nazirlikdə yüksək vəzifəyə gedəcəyi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Asif Məcidov yüksək vəzifədə işləyən qohumunun köməkliyi ilə bu vəzifəyə təyinat almaq istəyir.(azfakt.com)
Asif Məcidovdan məsələ ilə bağlı mövqe öyrənə bilmədik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?