XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » “Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılacaq, iki vitse-prezident isə vəzifədən gedəcək”

“Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılacaq, iki vitse-prezident isə vəzifədən gedəcək”

“Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılacaq, iki vitse-prezident isə vəzifədən gedəcək”
23-12-2019, 14:40

Komitə sədri dəyişiklik anonsu verdi...
SOCAR-da yanvar ayından islahatlar gözlənilir.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı açıqlama verib.

O bildirib ki, yanvar ayında "Azəriqaz" İB SOCAR-ın tərkibindən çıxırılacaq: "Bu qurum, yəni "Azəriqaz" müstəqil təşkilat kimi fəaliyyət göstərəcək.

Bundan əlavə, SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın İskəndərovun səlahiyyəti artırılacaq. Belə ki, Yaşar Lətifovun hazırda rəhbərlik etdiyi "Yataqların işlənməsi üzrə vitse-prezident" postu ləğv olunacaq və onun kurasiya etdiyi sahə Daşqın İskəndərovun nəzarətinə veriləcək".

Mirvari Qəhrəmanlı xatırladıb ki, D.İskəndərovun "Azneft" İB-nin Baş direktoru olduğu dövrlərdə rəhbərlik etdiyi sahədə 11 faciəli qəza hadisəsi baş verib: "Orada Əmək Məcəlləsinin müxtəlif maddələrinin pozulması nəticəsində 120-dək işçinin həlak olması dövrü mətbuatda yazılıb..." .

M.Qəhrəmanlı başqa bir vitse-prezidentin də yaşla bağlı təqaüdə göndəriləcəyini bildirib.

Xatırladaq ki, Daşqın İskəndərov bu ilin dekabrın 3-də "Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsindən çıxarılaraq, SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. O, bu vəzifədə təqaüdə göndərilən Rəhman Qurbanovu əvəzləyib.

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev isə bu ilin noyabr ayının 1-də vəzifədən çıxarılaraq, SOCAR-ın Qaz İxrac İdarəsinin rəisi təyin olunub. "Azəriqaz” İB-yə isə qurumun Baş direktorunun müavini Ruslan Əliyev rəhbər təyin edilib.

Onu da qeyd edək ki, SOCAR-da hazırda 13 vitse-prezident postu var.

Mia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.