SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əhmədzadə qarşısında sərt tələblər qoyuldu: ASC sədrinin “sırok”u başladı

Əhmədzadə qarşısında sərt tələblər qoyuldu: ASC sədrinin “sırok”u başladı

Tarix:

1-02-2017, 11:23

/ 2 187 dəfə oxundu.
Əhmədzadə qarşısında sərt tələblər qoyuldu: ASC sədrinin “sırok”u başladı

Prezident son müşavirədə “Meliorasiya və Su Təsərrüfatı” ASC qarşısında mühüm tələblər qoydu

Məlumata görə, ASC sədri Əhməd Əhmədzadənin fəaliyyətinə ciddi şəkildə nəzarət olunacaq.

Qurumun gördüyü işlərdə ləngimə və mənimsəmə qeydə alınarsa, dərhal prezidentə məruzə olunacaq, tədbir görüləcək.

Prezident qeyd edib ki, meliorasiya ilə bağlı çox böyük işlər görüləcək: “Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir.

Biz buna nail olmalıyıq. Mən görüləcək minimum işlərin həcmini diqqətə çatdırmaq istəyirəm ki, hamı bilsin. Bu işlərə həm güclü dövlət nəzarəti, həm ictimai nəzarət olmalıdır. Deməli, biz rayon icra hakimiyyətlərinin xətti ilə yerlərdən verilən təkliflər əsasında bu məsələlərə baxdıq və vəsait ayırırıq.

Bu, Dövlət İnvestisiya Proqramında da var. Mən rayon icra hakimiyyətlərinin xətti ilə hansı işlərin görüləcəyini indi sadalayacağam ki, bizim dövlət orqanları və eyni zamanda, rayon ictimaiyyəti buna nəzarət etsinlər. Əgər orada hansısa ləngimə olarsa, yaxud da ki, bu işlər natamam görülərsə, dərhal məlumat versinlər”.

Məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə aşağıdakı layihələr icra edilməlidir – 2700 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Mil kanalının tikintisi.

Neftçala magistral kanalının tikintisi 4300 hektar əkin sahəsinin suvarılmasını təmin edəcək. Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Balahəşimxanlı, Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın tikintisi.

Bu da əlavə 2000 hektar torpaq sahəsini suvarmağa imkan verəcək. Araz çayının yeni qolunun tikintisi təxminən 40 min hektar sahəni su ilə təmin edəcək. Goranboy, Samux rayonlarının ərazisində görüləcək suvarma işləri 4500 hektara su gətirəcək.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və inkişafı hesabına Taxtakörpü su anbarı tikilir, ondan indi qollar ayrılır. Bu da Xızı, Şabran və Siyəzən rayonlarında 20 min hektara suyun verilməsini təmin edəcək.

Məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadə öz sahəsinin Akif Çovdarovu adlanır.

Məlumatda bildirilir ki, fermerlər, susuz kəndlilər onu MTN generalına oxşadır. Suvarma biznesində odioz məmura çevrilmiş Əhmədzadə kimsəni saymır.

Nə şikayətlərə, nə barəsində ittihamlara münasibət bildirir, nə qurumun mətbuat xidməti mətbuatın suallarını cavablandırır. Bu həm də prezidentə hörmətsizlikdir.

Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı Agentliyinin KTN-nin tabeçiliyindən çıxarılaraq müstəqil quruma, Açıq Səhmdar Cəmiyyətə çevrilməsi dövlətin maraqlarına deyil, təqaüd yaşına çatmış bir məmurun maraqlarına xidmət edir.

Ekspert hesab edir ki, ən qısa müddətdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin yenidən KTN-nin tabeçiliyinə qaytarılmalıdır ki, vahid aqrar siyasət həyata keçirmək mümkün olsun.

Şərhlər

XƏBƏR LENTİ