SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR

"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR

Tarix:

28-10-2024, 17:24

/ 760 dəfə oxundu.
"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR

Güvən Klinik" və "Gulhan Medical" MMC-lərlə bağlı imzalanmış cərimə protokolu ilə başlı işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, qayda pozan klinikaların cərimələnəcəyi gözlənilir. Belə ki, "HB Güvən Klinik" İXM-nin sanitariya və epidemioloji qaydalar əleyhinə olan 221.9-cu maddəsini pozub. Tələbi pozuylan maddəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə, vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

"Gulhan Medical" MMC isə İXM-nin gömrük qaydaları əleyhinə olan 485.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Hər iki klinika ilə bağlı işə sabah 29 oktyabr tarixində Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hər iki iş hakim Zamin İbrahimovun icraatındadır.

Qeyd edək ki, İXM-ni pozan klinikalardan "HB Güvən Klinik"in Baş direktoru ortoped-travmatoloq Rəşad Zeynalovdur.

Şərhlər

XƏBƏR LENTİ