Bayram Məmmədov struktur dəyişikliyi adı ilə Zaur Mikayılov üçün pul yığır?
Şəkidən şikayət var
150-yə yaxın işçi işdən çıxarılıb, yenidən işə girmək üçün isə 8000 manat rüşvət tələb olunur.
Bu barədə regional su idarəsindən çalışan işçilər XALQ.AZ -a şikayət ediblər.
Adlarını açıqlamaq istəməyən keçmiş işçilər yeni müdir təyin olunan Bayram Məmmədovu qanunsuz kütləvi ixtisar və rüşvət maxinasiyası etməkdə günahlandırırlar.
Məlumata görə, idarəyə müdir təyin olunan Bayram Məmmədov struktur dəyişikliyini bəhanə edərək, bir çox vəzifənin ixtisara düşdüyünü bildirib və 150-yə yaxın işçini işdən çıxarıb. Lakin həmin vəzifələrə yenidən işçilər götürülür və bunun üçün 8000 manat rüşvət tələb olunur.
Qeyd edək ki, Azərbaycanda su idarələrində struktur dəyişikliyi baş verib. “Azərsu” ilə “Meliorasiya və Su Təsərrüfatı” qurumları ləğv edilərək, yerində “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” yaradılıb.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” sədri Zaur Mikayılovdur

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?