732 minə quyu qazıb tullantıları basdıracaq...
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Alıbəyli Şirkəti" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, şirkət MKTİB-in bərk məişət tullantılarının zərərsizləşdirilməsi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Şirkət görüləcək işlər üçün 731 965,8 manat təklif edib. Tenderin şərtlərindən məlum olur ki, bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün quyu qazılacaq və tullantılar ora doldurulduqdan sonra quyunun üstü örtüləcək. Ekspertlər bu iş üçün təklif edilən məbləğin kifayət qədər böyük olduğunu düşünür.
"Alıbəyli Şirkəti" MMC 3 sentyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 800 100 manatdır. Şirkətin qanuni təmsilçisi isə Cəfərov Məhəmməd Çıraq oğludur.
Şirkətin təsisçisi isə Qorxmaz Paşayevdir. O, həm də "T.T.Ş.-İnşaat” MMC-nin təsisçidir.
Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?