Birinci Qəbələ konqresi keçirilib- FOTOLAR
28.09.2024-ci il tarixində Qafqaz Riverside oteldə “Birinci Qəbələ konqresi” keçirildi. Legendcompany MMC-nin təsisçi- rəhbəri Əfsanə Nəbiyevanın təşkilatçılığı ilə keçirilən elmi konqresdə həkimlər, təhsil işçiləri, peşəkar psixoloqlar, universitet professorları iştirakı edirdilər. Konqresdə Bakı, Gəncə, Qəbələ, Cəlilabad şəhəri olmaqla ümumilikdə 20 şəhid ailəsi, 70 nəfər ziyalı yer almışdır. Çox maraqlı və olduqca əhəmiyyətli bir görüşün məqsədi konqres iştirakçılarını maarifləndirmək, rahat, sərbəst bir mühitin formalaşmasında yeni fikirlərin səslənməsi idi. İştirakçılar rəngarəng və olduqca maraqlı mövzularla çıxış etdilər, əhəmiyyətli təkliflər irəli sürdülər. Konqres iştirakçıları məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar aldılar. Aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürdülər və maraqlı ideyalarla çıxışlar olundu. Konqresin rəsmi tərəftaşı psixologiya departamenti idi.
Konqres iştirakçılarına “John Pablo” firmasının hədiyyələri verildi, ziyalılar sertifikatlarla təltif olundular. Nəzərinizə çatdırırıq ki, “John Pablo” firması kefiyyətli, təbii doğal məhsulları ilə hər kəsin zövqünə oxşayıb. Artıq 20 ildir Azərbaycanda gözəllik sektorunda fəaliyyət göstəririr. “John Pablo” firmasının Azərbaycanda təmsilçisi Ali Akgedikdir.
Şəhid analarına və iştirakçılara tort göndərdiyinə görə Qəbələdə yerləşən “Kamaloğlu” Şirniyyat Evinə təşəkkür edirik.
Sonda xatirə fotolar çəkildi.
Yeganə Telmanqızı
XeberTıme.az 





































Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?