SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hövsanda bu məktəb AD ÇIXARIB... - NARAZILIQ VAR...

Hövsanda bu məktəb AD ÇIXARIB... - NARAZILIQ VAR...

Tarix:

19-09-2024, 15:57

/ 382 dəfə oxundu.
Hövsanda bu məktəb AD ÇIXARIB... - NARAZILIQ VAR...

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki V. Mizəliyeva adına 281 saylı orta məktəb barəsində valideynlər tərəfindən çox sayda şikayətlər səslənməkdədir.

Belə ki, Tribunainfo.az-a şikayətini bildirən bir neçə valideyn deyir ki, məktəbdə məcburi olaraq 10 manatdan fond pulu yığılır. Digər valideyn isə jalüz pulunun yığılması ilə bağlı şikayətini bildirdi.

Şikayətçinin sözlərinə görə, 1-ci siniflərdən valideynlər öz aralarında komitə sədri seçilmək üçün valideynlərdən biri müəlliməyə yaxınlaşaraq “mən “fond pulu”nu 10 manatdan yığacağam, məni komitə sədri seçin” deyib. Müəllimə də həmin valideyni komitə sədri seçib və 10 manatdan “fond pulu” yığılıb.

Nəzərinizə çatdıraq ki, qanunda məktəbə lazım olan texniki avadanlıqlar üçün və bu ad altında şagirdlərdən pul yığımı qanuna ziddir. “Fond pulu” anlayışı isə ümumiyyətlə yoxdur. Məktəbin ehtiyaclarını isə direktor müavini Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edərək həll etməlidir.

Şərhlər

XƏBƏR LENTİ