Astarada TRAGİKOMİK VƏZİYYƏT: Kəndin yarısında qaz var, yarısında yox… - VİDEOREPORTAJ - VİDEOTƏFƏRRÜAT
Astara rayonunun Ojakəran kəndinin bir hissəsində təbii qazın olmaması yaşayış məntəqəsinin ən böyük problemi sayılır.
Təbii qazın olmaması kənddə həyat şəraitini çətinləşdirir, xüsusilə də qış aylarında...
Maraqlı məqam isə ondan ibarətdir ki, kəndin digər hissəsi 14 il əvvəl tam qazlaşdırılıb.
Kəndin bu hissəsində yaşayan təxminən 150 ailə qaz əvəzinə odun, kömür və elektrik enerjisindən istifadə etməyə məcbur qalırlar ki, bu da əlavə xərc və çətinliklər yaradır. Əslində isə ötürücü ana qaz xətti elə bu yaşayış məntəqəsinin bir addımlığından keçir.
Bəs problem nə zaman həllini tapacaq?
Məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev Bizim.Media-nin cənub bürosuna açıqlamasında bildirib ki, ölkə ərazisində qazlaşma prosesi Azəriqaz İB-nin öz resursları, daxili imkanları hesabına həyata keçirilir. Bu səbəbdən işlər mərhələli şəkildə icra olunur. Növbəti mərhələlərdə bu kəndin də qazlaşdırılması prosesi reallaşacaq.
Daha ətraflı videoreportajda:

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır