XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"

Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"

Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"
2-08-2017, 15:41

Bakıda faəliyyət göstərən kosmetika mağazalarının birinin rəhbəri ilə ailəsi arasında qarşıdurma yaşanıb.

Məlumata görə, bu söz-söhbət mağazalanın rəsmi səhifələrində paylaşılıb və birmənalı qarşılanmayıb.

Belə ki, "Arzu Beauty" kosmetika mağazaları şəbəkəsinin rəhbəri Arzu Kərimli haqda valideyni sosial şəbəkədə yazıb: "Yediyi çörəyi itirənlər, valideyn haqqı nədir bilməyənlər, üzsüzlər, ata, anasını alçaltmaqdan həzz alanlar, pulla ər saxlayan, özbaşına adamlar son vaxtlar mağazamız haqqında ağzına gələni danışır, məhsullarımızı pisləməklə, özlərinə müştəri yığdıqlarını düşünürlər. Yaxın zamanlarda hər şeyi sübut edəcəm"

Bu ittihama qarşı tərəfin cavabı gecikməyib. Arzu Kərimli rəsmi səhifəsi vasitəsilə anası Mehbarə Quliyevaya, atasına və bacısına cavab verib:
"Bildiyiniz kimi, bu işə 4 il bundan qabaq adi blogger olaraq başladım. Əvvələr ancaq özüm üçün aldığım məhsulları paylaşırdım, sonra sizin üçün də xaricdən sifariş etməyimi istədiz. Belə-belə bu iş alındı. Yəqin xanımlar təsdiqləyər, təzə başlayan vaxt daha çox 28 may, Nərimanov metrosunun çıxışında görüşüb, sifarişləri təhvil verirdim. Bu gün mən sizin sayənizdə, başladığım bu yolun sayəsində Arzu olmuşam. Sizin sayənizdə əvvəl 28 May sonra Caspian Shoppingində, sonra Sahildə və indi də Gənclikdə "Arzu Beauty” var. Və bu gün Sahildəki mağazanın səhifəsində valideynlərim tərəfindən yazılan çirkin açıqlamaya görə məcbur olub, belə bir açıqlama verirəm. Mən heç bir zaman öz ailəmi pula və ya nəyəsə görə satan olmamışam. Ailəmin ən çətin vaxtında böyük övlad olaraq metrolara çatdırmalar edirdim. Bu gün o metrolar sayəsində, bəzilərin gözü görütmədiyi "Arzu Beauty" var.

O anası və bacısı haqda da sərt danışıb:
"Mən "28 may"da keçiddə balaca mağaza işlədəndə o mağazaya gəlmək istəməkdən utanan valideynlərim bu gün çıxıb pafosla deyirlər ki, bəs Arzu nankor övladdır, əslində görünməyən kölgə Arzunun anası olub. Görəsən o görünməyən kölgənin niyə ən çətin günümdə yanımda görsənmirsiz? Axi biz həmişə eşitmişik ki, ana çətinlik qabağında özünü sipər edər ki, övladı çətinlik görməsin. Siz bu gün o övlada nankor deyirsiz ki, o bu illər ərzində qazandığı hər şeyi qəpiyinə qədər gətirib sevdiyi insana-anasına verib. Amma anasına verəndə düşünmürdü ki, vaxt gələcək anası deyəcək ki, pul kimdədisə, biznes də onundur. Mən həmişə fikirləşirdim ki, mənim anam-atam mənim onlar üçün etdiyimin min qatını mənim üçün edər. Amma görünür yanılmışam. Sahildəki o mağazadan bir qəpiksiz belə üzünü döndərib çıxıb gedən adam özüm oldum. Düzdü çox eşitmişdim pula görə nə qədər ailələr dağılıb, qardaş qardaşa düşman kəsilib, amma mən onu öz ailəmdə düşünmürdüm. Bütün bunların əsas səbəbkarı isə son zamanlar ortalığa çıxan bacım Nilufərdir. Son 7 ayda bircə dəfə olsun mənə zəng etməyən hal tutmayan, mənim yerimə göz dikən, bir içində öz profilinə "Director of Arzu Beauty" yazan satqın insan sizcə bağışlayıb, bacı demək olar? O bacı ki, məni saymir, amma mağazada hər gələn müştəriyə Arzu xanımın bacısıyam deyib istifadə edir. Toya hazırlaşdığım vaxtda mənə bircə dəfə olsun kömək etməyən, əl tutmayan insan bu gün mənim qurduğum işə yiyə çıxmaq istəyəndi. Valideyn olaraq onların məni üzərimdə haqqları var və mən bunu danmıram. Amma mənim xoşbəxt vaxtımda, heç 1 ay deyildi, ailə qurmuşdum, onlar mənim bütün həyatımla, işimlə, karyeramla, yeni ailəmlə oynadığına görə övladımı itirməyə səbəb olduqlarına, məni heç kim kimi silib atıb hər şeydən uzaqlaşdırıb iyrəndiklərinə görə bağışlamıram. Təki Allah səni bağışlasın, çünki mən onlara nankor övlad olmamışdım. Amma onlar bu gün mən yenə körpəmi gözləyirdim vaxtda mənimlə eyni şeyi edib, eyni oynu oynayırlar. Mən onların adından və öz adımdan çox üzr istəyirəm ki, ailə problemini burda açıq-aşkar paylaşıram. Mən buna məcbur oldum.Çünki məni tanımayanlar üçün məni çox pis qələmə verdilər. İnsan heç yarıtmaz, narkoman, oğru oğlu haqqında belə şey haqqında belə bir şey yazmazdı. Bu insanlar öz qızları haqqında yazır. Və ümid edirəm ki, bundan sonra heç olmasa ailə dəyərləri nədi onu dərk edərlər. Bir daha sizdən dəfələrlə üzr istəyirəm. İnsallah bir də bu söz söhbət açılmaz"
Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"
Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"
Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"
Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"
Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"
Bakıda ana mağaza sahibi olan qızını rüsvay etdi: "Pulla ər saxlayıb, ana-atandan üz çevirdin"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.