"Space" TV televiziya mühitində bir ilkə imza atacaq - Yeni mövsümdə nələr olacaq?
“Space Müstəqli Teleradio Şirkəti”nin kreativ yarıdıcı qrupu yeni mövsümə ciddi şəkildə hazırlaşır. Sentyabr ayından etibarən tamaşaçılar həm Space TV-də, həm də 104 FM dalğasında bir sıra yeniliklərin və mühüm dəyişiklikərin şahidi olacaqlar.
Xalqxeber.az-ın məlumatına görə, telekanalın bir neçə çəkiliş pavilyonu artıq tam şəkildə yenilənərək təzə verilişlər üçün hazır vəziyyətə gətirilib. Yeni mövsümdə müxtəlif formatlarda bir neçə yeni veriliş həm canlı olaraq, həm də montaj edilərək efirdə yayımlanacaq. Həmçinin telekanalla əməkdaşlıq etməyə başlayan yeni aparıcı simalar da qısa müddətdən sonra sevimli kanalın tamaşaçılarını sevindirəcəklər.
Xüsusi olaraq qeyd olunur ki, Space TV ölkəmizin televiziya mühitində heç vaxt mövcud olmayan bir ilkə də imza atacaq. Belə ki, ilk dəfə olaraq telekanalda gənc qeymerlər arasında “PUBG” onlayn multipleyer döyüş oyunu yarışları keçiriləcək.
Space radiostansiyasında da yeni mövsüm üçün hazırda ciddi işlər gedir. Artıq radiostansiyanın müəyyən qurğuları, cihazları və avadanlıqları yenilənib, efir otağında təmir işləri aparılıb. Sentyabr ayından etibarən dinləyicilər 104 FM dalğasında istər həftəiçi praym-taym saatlarında, istər gündüz saatlarında, istərsə də həftəsonlarında təzə proqramları dinləyə biləcəklər.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur