“m10”un reklamı başına bəla oldu: əlavə xərcə düşəcək - YOXSA...
m10 elektron pulqabı əlavə xərcə düşəcək.
İqtisadiyyat.az xəbər verir ki, buna səbəb ictimai nəqliyyatda qiymətlərin dəyişdirilməsidir.
Belə ki, m10 metro və avtobuslarda yerləşdirdiyi reklam posterlərini ictimai nəqliyyatda gediş haqqı qiymətləri 50 qəpik olandan sonra dəyişməyə məcbur olur.
Həmin reklam posterlərində "hər tərəfə 40 qəpik" ifadəsi ictimai nəqliyyatda qiymətlər dəyişəndən sonra m10-u əlavə xərcə salır.
Qeyd edək ki, m10 sözügedən reklam posterlərini həyata keçirməyə başlayanda ictimai nəqliyyatda qiymətlər 40 qəpik təşkil edib. Qaydalara görə, reklamda yalan, çaşdırıcı və aldadıcı ifadələrdən istifadə etmək olmaz. Posterlər qiymət tənzimlənməsindən əvvəl hazırlansa da, ictimaiyyətdə çaşqınlıq yaranmaması üçün yenilənməsi zəruridir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur