SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakının evini BELƏ YIXIRLAR: Mirdamət Seyidovun başı çıxmır, Abid Əliyev isə... - Eldar Əzizova MÜRACİƏT OLUNDU

Bakının evini BELƏ YIXIRLAR: Mirdamət Seyidovun başı çıxmır, Abid Əliyev isə... - Eldar Əzizova MÜRACİƏT OLUNDU

Tarix:

29-06-2024, 09:15

/ 204 dəfə oxundu.
Bakının evini BELƏ YIXIRLAR: Mirdamət Seyidovun başı çıxmır, Abid Əliyev isə... - Eldar Əzizova MÜRACİƏT OLUNDU

Uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə işləmiş,aqranom Əsgərov Xanəhməd Əli oğlu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına müraciət ünvanlayıb.
Faktinfo.az saytına göndərilən məktubun məzmunundan aydın olur ki,Xanəhməd Əsgərov BŞİH-nin rəhbərinə bir müddət əvvəl ünvanladığı məktubda bir neçə vəzifəli şəxsin Eldar Əzizovu aldatmağa cəhd etmələri ilə bərabər,onların keyfiyyətsiz iş görmələrini,yaşıllaşdırma təsərrüfatından məlumatsız olmalarını da qeyd edib.Hətta o,məktubunda BŞİH-nin başçısından onu qəbul etməsini,yaşıllaşdırma işlərində bacardığı köməkliyi edə biləcəyini də vurğulayıb.

Faktinfo.az həmin müraciəti təqdim edir:

Hörmətli Eldar müəllim!

"Yaşıl dünya naminə" şəhərimizdə əkilən ağaclar, o cümlədən "abad həyət" adı altında Abid Əliyevin Xətai, Nizami, Yasamal rayonlarında mənzil komunal təsərrüfatı idarələrinin və yaşıllaşdırmanın fəhlələrinin hesabına gördüyü işlər barədə sizə məlumat vermək istəyirəm.

Belə ki, bu şəxsin başında dayandığı şəbəkə iş görmür, Bakını "himdən" çıxmış yarasız, zibilli torpaqlarla doldururlar. Həmçinin heç bir iş aqrotexniki qaydada aparılmır, maddi maraqlarına görə "Eldar Şamı" nı bir metrdən bir əkirlər. Belə ağac əkmək hansı elmi kitabda əsaslandırılıb, onlardan soruşun, sual verin. Bunlar barədə mən onlara zəng edib iradımı bildirdim, onlar isə əvəzində məni hədələdilər və dedilər ki, "bizim işimizə qarışma, icra hakimiyyəti bilər biz bilərik. Elə etmə ki, üstünə adam göndərək".

Hörmətli Eldar Müəllim!

Qeyd edim ki, Bakıda görülən işlər sizin adınızla bağlanır. Belə görünür ki, etimad göstərdiyiniz şəxslər - Abid Əliyev başda olmaqla... əvvəllər hərbi komissar işləmiş, hazırda isə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 71 yaşlı direktoru Mirdamət Seyidovun, ixtisasca idman müəllimi olan, amma YTB-nin baş aqranomu işləyən Oktay Tağıyevin, bitki mühafizəsi şöbəsinin müdri keçmişi MİS rəisi olmuş Şaiq Vəliyevin yaşıllaşdırma işindən anlayışı yoxdur.

Ona görə də Bakıda quruyan ağaclar suvarılmadığına, düzgün aqrotexniki işlər aparılmadığına görə quruyur. 24 May 2019-cu ildən, 29 dekabır 2020-ci ilədək su quyuları idarəsinə quyuların vurulması üçün 3 milyon 302 min manat vəsait ayrılmışdır,ancaq normal bir quyu vurulmamışdır.

Hörmətli Eldar müəllim.

Bəlkə bunlardan bu vəsait barədə soruşasınız.Bu şəxslər bəlkə də düşünürlər ki, Eldar Əzizovu necə aldadaq, daha çox vəsait əldə edək.Məndə bu qənaət formalaşır ki yaşıllaşdırma və digər işlərlə bağlı BŞİH-də sizə təfsilatı ilə məlumat verə biləcək mütəxəssis yoxdur.Nəzərə alsaq ki, bu ilin noyabrında "COP-29" –la bağlı Azərbaycana 129 ölkədən, 80 minə yaxın nümayəndə gələcək,tədbirli davranmaq məqsədəuyğun olardı. Çünki gələn qonaqların arasında yaşıllaşdırma işindən,ağac və bitki kollarından,ağacların daranma qaydasından bilən kifayət qədər mütəxəssis olacaq.

Hazırkı şəraitdə Bakı şəhərində YTB-nin gördüyü işlərin qənaət bəxş olmadığını və "COP-29"-a müəyyən müddətin qaldığını nəzərə alaraq sizə və dövlətimizə bacardığım qədər kömək etməyə hazıram.

Faktinfo.az

Şərhlər

XƏBƏR LENTİ