Şuşada özəl evlər istəyənlərə şad xəbər
Yaxın zamanda Şuşa rayonunun Daşaltı kəndində daşınmaz əmlak əldə etmək istəyənlər üçün özəl evlərin tikintisinə başlanacaq.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
"Ayrıca qeyd etmək istəyirəm ki, Şuşa şəhərinin yaxınlığında yerləşən Daşaltı kəndində ilkin turizm infrastrukturunun tikintisinə başlanılıb. Həmçinin, investisiya qoymaqda maraqlı olan sahibkarlar üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Tezliklə vətəndaşlar üçün fərdi evlərin sərbəst tikintisi prosesinə başlanılacaq", - o deyib.
Qeyd edək ki, tədbirin əsas məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin, dövlət-özəl tərəfdaşlıq modelini müzakirə etməkdir. Bundan başqa, tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən güzəşt və üstünlüklər, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpası və iqtisadi reinteqrasiyasında sahibkarların rolu barədə panel müzakirələr təşkil olunub.
Xatırladaq ki, Milli Qurtuluş Günü və Qurban bayramı ərəfəsində 4-5 gün ərzində Şuşaya 13 minə yaxın turist səfər edib.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur