SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Goranboyda SİLİNƏN BÜDCƏ PULLARI... - BU DA FAKT!!!

Goranboyda SİLİNƏN BÜDCƏ PULLARI... - BU DA FAKT!!!

Tarix:

25-06-2024, 09:06

/ 162 dəfə oxundu.
Goranboyda SİLİNƏN BÜDCƏ PULLARI... - BU DA FAKT!!!

Goranboy Rayonunda guya, abadlıq işləri aparılan küçələrdə yağan-yağışlar evlərə dolub, həyətlərdə göl əmələ gətiribdir.

Kimdir günahkar?

Məhərrəm Quliyevin rəhbəri olduğu Goranboy Rayon İcra Hakimiyyətinin tenderlərdə ən aktiv olduğu il 2023-cü ildir.

Çünki adıkeçən icra orqanı həmin ildə dəyəri 1 milyondan çox olan musabiqə keçirib və pul "paylayıb".

Goranboy Rayon İcra Hakimiyyəti - "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti - Goranboy şəhəri, Rövşən Mustafayev, Vüqar Bayramov küçələrində və Heydər Əliyev prospektində aparılacaq abadlıq işləri - Məbləğ: 151.246,43 AZN.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "GÖYGÖL TİKİNTİ" MMC-nin qanuni təmsilçisi ANAR TAĞIYEV ƏHMƏD OĞLUdur.

Goranboy rayon İcra Hakimiyyəti başçısının Aşağı Ağcakənd Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi - "CONSTRUCTION BUSINESS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti - Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən 2 mərtəbəli, 16 mənzilli 2 yaşayış binasının əsaslı təmir işlərinin satın alınması - Məbləğ:129.832,15 AZN.

Nizamnamə kapitalı 1120 AZN olan "CONSTRUCTION BUSINESS GROUP" MMC-nin qanuni təmsilçisi ELMİR BABAYEV VAQİF OĞLUdur.

Goranboy Rayon İcra Hakimiyyəti - GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti -Goranboy şəhəri, Cəfər Cabbarlı, Rövşən Mustafayev, Yahuzər Bayramov, Salahəddin Civəzadə, Rəsul Rza küçələrində, Heydər Əliyev prospektində, “Goranboy rayonu” lövhəsinin tikintisində, Şəhidlər xiyabanı və Heydər Əliyev mərkəzinin qarşısında abadlıq işləri - Məbləğ:364.774,29AZN

Goranboy Rayon İcra Hakimiyyəti - "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti -Goranboy şəhəri, Heydər Əliyev prospekti, Vuqar Bayramov, Nizami, Cəfər Cabbarlı küçələrində və Şəhidlər Xiyabanında aparılacaq abadlıq işləri - Məbləğ:281.059,02 AZN.

Diqqətçəkən məqam isə Məhərrəm Quliyevin tenderlərdə "GÖYGÖL TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə önəm verməsi və qalib seçməsidir.

Maraqlıdır "10 manatlıq" şirkət icra başçısında hansı güvəni yaradıb ki, ora yarım milyondan çox öuı köçürməyə razılıq verib.

Goranboy Rayon İcra Hakimiyyətinin abadlıq işləri adı altında ayrılan tenderlərin maliyyəsi hansı istiqamətdə xərclənməsi sual altında qalır.

Hurriyyet.az

Şərhlər

XƏBƏR LENTİ