SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bir müsahibənin fəlsəfəsi və Prezident İlham Əliyevin intellektual gücü

Bir müsahibənin fəlsəfəsi və Prezident İlham Əliyevin intellektual gücü

Tarix:

23-06-2024, 13:00

/ 283 dəfə oxundu.
Bir müsahibənin fəlsəfəsi və Prezident İlham Əliyevin intellektual gücü

 Azərbaycan Dövlət Universitetinin “Fizika” fakültəsində oxuduğumuz illərdən indiyə kimi yaddaşımızdan bir şey silinməyib: “enerji” bütün mövzuların açar sözü idi. Faydalı enerji resurslarının trayektoriyası kifayət qədər informativ xarakter daşıyır. Bu təbidir, çünki enerji -biosferin mürəkkəb strukturunu təşkil edir. 

Enerjinin şəklini dəyişməsi evolyusiya və həyatın əsasını təşkil edir. Müasir dövrə yeni enerji mənbələrinə ardıcıl keçidin baş verməsi tarixi kimi baxmaq olar və müasir dünya bu şəkildəyişmənin məcmusunun nəticəsidir. Bəşəriyyətin nəhəng fiziklərindən biri, Nobel mükafatı laureatı Riçard Feynman yazır: “Enerji müxtəlif formalara malikdir və bunların hər birinin öz formulu var: cazibə enerjisi, kinetik enerji, elastik enerji, istilik enerjisi, elektroenerji, kimyəvi enerji, şüalanma enerjisi, nüvə enerjisi, kütlə enerjisi və enerji ən “hiyləgər” anlayışdır.” Təsadüfi deyildir ki, enerjinin ələkeçməz təbiəti bütün dövrlərdə alimlər tərəfindən öyrənilib. Enerji haqqında məqbul olmayan biliklər müxtəlif illüziyalar və təlatümlər yaradıb. Bəşəriyyət artıq elektrmobil dövrünə yetişib. Azərbaycan artıq enerjidən rasional istifadə edən ölkələr sırasındadır.


Azərbaycan Prezidenti İlham Əliyevin 21 iyun tarixində “Euronews”a müsahibəsi əslində enerji paradiqmasına mükəmməl şəkildə aydınlıq gətirməyə yönəlib: “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.” Ölkəmizdə artıq 1994-cü ildən başlayaraq 30 ildir ki, “Bakı enerji həftəsi” keçirilir. Bu il keçirilən tədbirdə dünyanın 37 ölkəsindən 300-dən çox nümayəndə iştirak etmişdir. Dövlətimizin başçısının həmin müsahibədə səsləndirdiyi mühüm fikirə diqqət edək: “Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.” Məntiq budur: Azərbaycan iqlim dəyişmələri və enerji problemlərini –başqa sözlə bəşəriyyətin gələcəyini düşünən öncül dövlətlərdən biridir.

Hal-hazırda bəşəriyyəti ciddi şəkildə dekarbonlaşma - onun tempi və miqyası düşündürür. Ölkəmizdə keçirilən möhtəşəm tədbirlərin fəlsəfəsini yaşıl enerjiyə keçid təşkil edir. Kanada alimi ekologiya sahəsində görkəmli alim Vaslav Smilə görə elektrikə tələbatın dekarbonlaşması elə sürətlə getməlidir ki, qlobal istiləşmə 1,5 dərəcə (pis halda 2 dərəcə) məhdudlaşsın. Hazırda günəş batareyaları və külək generatorlarının quraşdırılması yerin altından çıxarılan enerjidən qat-qat ucuz başa gəlir. Bir çox ölkələr əhəmiyyətli şəkildə bu keçidi etməyi bacarıblar. Nümunə kimi Almaniyanı göstərmək olar: 2000-ci ildə günəş və külək elektrostansiyalarının gücü 10 dəfədən çox artmışdır.”

Artıq Azərbaycan da bu ölkələr sırasındadır.

Fakt: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 Oktyabr 2004-cü il tarixli sərancamı ilə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilmişdir.

Dövlətimizin başçısı İlham Əliyev həmin müsahibəsində bir faktı da gündəmə gətirdi: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030 - cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.” Düşüncəmə görə bu proses geridönməz xarakter alacaq.

Ölkəmizin ev sahibliyi etdiyi Humanitar Forumlar dünya üçün yeni maarifçilik dalğası yaratdı. Ciddi şəkildə hazırlaşdığımız COP29 tədbiri humanizm və gələcəyə optimist baxışların formalaşması nöqteyi - nəzərindən daha böyük əhəmiyyət kəsb edir. 

Prezident İlham Əliyev deyir: “Azərbaycan COP29 zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.”

Bu imperativ çağırış həm də bəşəriyyətin üzləşdiyi ekzistensional təhlükələri azaltmağa xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamı artıq təsdiqini tapıb.

Etibar Əliyev, millət vəkili

Şərhlər

XƏBƏR LENTİ