KTMT Ermənistandan cavab gözləyir
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizim müttəfiqimiz olub və hələ də belədir. Bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır”.
Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqanbetov təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsi bu ölkənin suveren hüququdur.
Baş katib vurğulayıb ki, KTMT Ermənistanın təşkilatdakı statusunu rəsmən aydınlaşdıracağına ümid edir.
Qeyd edək ki, sözügedən təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan iyunun 13-ü parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-dən çıxacağını açıqlamışdı. O, təşkilatı tənqid edərək fəaliyyətsizlikdə ittiham etmişdi.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur