SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İşıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır, amma… - YERLİ QURUMLAR NİYƏ PROBLEM RƏHBƏRLİYƏ ÇATDIQDAN SONRA ƏL-AYAĞA DÜŞÜRLƏR?

İşıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır, amma… - YERLİ QURUMLAR NİYƏ PROBLEM RƏHBƏRLİYƏ ÇATDIQDAN SONRA ƏL-AYAĞA DÜŞÜRLƏR?

Tarix:

11-06-2024, 12:07

/ 625 dəfə oxundu.
İşıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır, amma… - YERLİ QURUMLAR NİYƏ PROBLEM RƏHBƏRLİYƏ ÇATDIQDAN SONRA ƏL-AYAĞA DÜŞÜRLƏR?

Xəzər rayonu, Binə Südçülük Sovxozunun sakini Abbasov Zamin Xanbala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Azərişıq”ın yerli əməkdaşlarının fəaliyyətindən narazılıq edir:

“Mən, Abbasov Zamin Xanbala oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqalandırasınız.

Bildirirəm ki, çəkiliş etdiyim ərazidə işıq kabelləri çürüyüb, sakinlərin həyatı üçün təhlükə yaradır. Loru dildə desək, kabelin dəmirləri çöldə qalıb.

Əlbəttə, böyük insanlar bunu görsə əl vurmaz, amma uşaqlara bunu başa salmaq olmur.

"Asan Komunal" bu qəzalı vəziyyəti aradan qaldırmaq üçün məndən 114 manat 40 qəpik pul tələb edir. Bu pulu ödəmədiyim üçün kabel hələ də bu vəziyyətdə qalıb. Belə çıxır ki, pul yoxdursa, nəticə də olmayacaq”.

Məsələ ilə bağlı “Azərişıq” Mətbuat Xidmətinin əməkdaşı Pərvanə xanımla danışdıq və 2 saat çəkmədən şikayətçinin problemi həll oldu. Odur ki, hər zaman mətbuatın müraciətini operativ cavablandıran və problemin həlli istiqamətində əlindən gələni əsirgəməyən Pərvanə xanıma təşəkkür edirik.

Amma yaxşı olardı ki, sözügedən problem “Azərişıq” rəhbərliyinə müraciət olunmadan, konkret olaraq Pərvanə xanımın müdaxiləsinə ehtiyac olmadan, yerindəcə həll olunardı, məsələ də mətbuat səhifələrinə çıxmazdı.

Yenə də “Azərişıq” rəhbərliyinə minnətdarıq ki, vətəndaşların müraciətinə biganə yanaşmırlar.

Jalə FAMİLQIZI

Qeyd: Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi oxucularımıza təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ