“Shokki Mokki” Qubada uşaqlar üçün festival təşkil edəcək
Sevilən uşaq markası “Shokki Mokki” azyaşlılar üçün maraqlı layihələr reallaşdırır.
“Vuvuzela” Media şirkəti ilə birlikdə “Məktəbim” proqramı çərçivəsində həyata keçirilən “Kiçik addımlarla böyük uğurlar” layihəsinin görüşləri davam edir. Gəncə və Bakıda keçirilən görüşün növbətisi Qubada 7 İyun tarixində baş tutacaq. Burada keçirilən tədbirə Quba və ətraf rayonlarda olan “Məktəbim” uşaqları da cəlb olunacaq. Festival şəklində keçirilməsi nəzərdə tutulan tədbirdə uşaqlar üçün maraqlı, musiqili, öyrədici oyunlar, kuklalardan səhnəciklər və müxtəlif master klaslar hazırlanıb.
Onu da qeyd edək ki, layihə üçün xalq artisti Tünzalə Ağayevanın bəstəkarı olduğu xüsusi himn yazılıb. Bu himn uşaqların idmana olan həvəsini, marağını artıracaq və tədbirdə səsləndiriləcək.
Görüşdə “Məktəbim” layihəsinin fəxri səfiri Fira Cəlilova də iştirak edəcək.
Layihə haqqında ətraflı məlumat “Shokki Mokki”nin instaqram səhifəsində bölüşüləcək.(Faktor.az)
https://www.instagram.com/shokkimokki.az/

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur