SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sakinlər "By Şahbaov" restoranına qarşı - Restorana gələn yüngül həyat tərzi yaşayan insanların səs-küyündən əsəblərimiz pozulub

Sakinlər "By Şahbaov" restoranına qarşı - Restorana gələn yüngül həyat tərzi yaşayan insanların səs-küyündən əsəblərimiz pozulub

Tarix:

4-06-2024, 22:51

/ 357 dəfə oxundu.
Sakinlər "By Şahbaov" restoranına qarşı - Restorana gələn yüngül həyat tərzi yaşayan insanların səs-küyündən əsəblərimiz pozulub

Binəqədi rayon Eldar Babayev 4a ünvanda yerləşən (Xutorda)  "BY ŞAHBAZOV" restoranından sözügedən ərazidə yaşayan bir neçə vətəndaş "Azərbaycan Reallığı"na şikayət ünvanlayıb.

Onlar iddia edir ki, ailəvi restoran kimi fəaliyyət göstərən məkan heçdə olduğu kimi deyil. Sözün əsl mənasında onların gecə saatlarında istirahətinə haram qatıb, səs-küydən evdə otura, heç yata da bilmirik. Demək olar uşaqların əsəbi pozulub. 

Restorana gələn qonaqlar gecə saatlarında sərxoş vəziyyətdə bir-birləri ilə mübahisə edərək nalayiq ifadələr iişlədirlər, bunu da ətrafda yaşayan sakinlər eşidir. Dəfələrlə aidiyyəti qurumlara şikayət etsək də heç bir nəticəsi olmayıb. Adı ailəvi restoran olsa da demək olar bura yüngül əxlaq tərzi keçirən insanlar gəlir 

Qeyd edək ki, bu məkan haqqında narazlıqlar bununla da bitib tükənmək bilmir. İnternet üzərindən axtarış etsək kifayət qədər narazlıqlara və tənqidi yazılara rast gəlmək olar.

Restoran qiymətləri hədindən artıq baha olması "masofka" qızlara pulsuz içkilər və qəlyanlar təklif edib sonradan həmin hesabı içki aləmində olan digər kişilərə ödədilməsi, restoran personalının əmək müqaviləsi olmaması, hesabı kartla ödəmək istəyəndə restoranda post terminalın olmaması, müştərilərə menyuda təklif olunan qidaların keyfiyyətsiz olması halına tez-tez rast gəlmək olar.   

"Azərbaycan Reallığı" olaraq məsələ ilə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq

Azerbaycanrealligi.com

Şərhlər

XƏBƏR LENTİ