Ölkəmizin növbəti siyasi qələbəsi
44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri dünyaya bəyan etdi ki, Azərbaycan öz tarixi torpaqlarına sahib olmaq üçün hər cür gücə malikdir. Erməni tərəfi istəsə də, istəməsə də bu həqiqəti dərk etdi ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq mümkün deyil.
Ermənistana hər cür yardım göstərən dövlətlər belə, Azərbaycanın tarixi torpaqlarının azadlığa qovuşdurulması prosesinin qarşısını ala bilməzdi və ala da bilmədilər. Ermənistan məğlub dövlətlər siyahısına düşdü. Azərbaycan isə qalib dövlət kimi öz əsgərinin şücaətinin, Ali Baş Komandanın qətiyyətinin nəticəsi olaraq Ermənistan ordusunu darmadağın etdi və onun havadarlarını məğlub vəziyyətinə saldı. Ona görə bu gün Ermənistan istəsə də, istəməsə də sülh müqaviləsinə getməlidir.
Şərti sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycanın konstruktiv təklifləri mövcuddur. Bu, Ermənistanın da maraqlarına uyğundur, çünki biz ədalətli xalqıq, dövlətik. Biz heç bir xalqa zülm etməmişik, heç kimin də torpaqlarında gözümüz yoxdur. Ancaq dünyanın ən qəddar xalqları içərisində faşist təxəyyüllü ermənilər var. Xocalı faciəsində 13 yaşlı qızın dərisini soyan zori balayanlar ermənilərin cərgəsindədir. Azərbaycan isə tolerant dövlət, xalq olaraq multikultural dəyərlərə malikdir və dünya üçün nümunədir.
1918-20-ci illərdə də ermənilər Tiflisdə bizimlə guya sülh danışıqlarına gələcəklərini desələr də, nəticədə danışıqları pozaraq müqavilə imzalamaqdan imtina etmişdilər. Bu gün ermənilər bunu edə bilməz, çünki indiki Azərbaycan çox güclüdür. Bu gün yekdil Azərbaycan var. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirən, onun yetişdirdiyi igid əsgəri, xalq və iqtidar birliyi, güclü iqtisadiyyatımız imkan verir ki, şanlı qələbələr qazanaq. Bu mənada Azərbaycan tərəfi əmindir ki, ermənilərin bütün bəhanələri tükənəndən sonra onlar bu müqaviləni imzalamağa məcbur olacaqlar.
Bu gün daha bir möhtəşəm Qələbənin sevincini yaşayırıq. Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi, həmin kəndlərdə Dövlət bayrağının ucaldılması şanlı Zəfərimizin davamı, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi və xalqımıza böyük hədiyyəsidir.
Son Qələbəmiz də sübut etdi ki, bir qarış da olsun torpağımızı heç kimə güzəştə gedən deyilik. Bizim üçün torpaq, Vətən ən müqəddəs anlayışdır. Ona görə də hər kəs gözlərini açıb Azərbaycan xalqını və dövlətini, onun rəhbərini yaxşı tanısın. Əminik ki, yaxın gələcəkdə hər dörd kənddə abadlıq-quruculuq işlərinə başlanılacaq, işğalın bütün fəsadaları aradan qaldırılacaq. O cümlədən sakinlərin öz yurdlarına dönməsi, xoş və firavan həyat sürməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılacaq.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?