Yevlaxın icra başçısı sahibkara DİVAN TUTUR - Narazı iş adamından UNİKAL ETİRAZ
Aşağıda fotodakı şəxs Yevlax rayonundan olan sahibkar Sultanov Bəhram Allahverdi oğludur. Dia-az.info xəbər verir ki, narazı sahibkar Yevlax rayonunda yerləşən Bakı prospekti 18A ünvanındakı ərazinin ona məxsus olduğunu bildirməklə yanaşı, iddalarını sənədlərlə sübut edir.
Narazı vətəndaş deyir: "1996-cı ildə bu ərazini mərhum Prezidentimiz Heydər Əliyevə ütdiyim müraciət əsasında mənə veriblər. Və bu illər ərzində mən bu ərazini abadlaşdıraraq, burada ticarətlə məşğul olmuşam.![]()
Amma Anar Tağıyev icra başçısı gələndən sonra bu obyektimi - qanuni sənədlərlə mənə məxsus olan, çıxarışı belə olan ərazimi əlimdən alıblar".
Dia-az.info bildirir ki, Yevlax rayon icra başçısı Anar Tağıyevə etirazını unikal formada ifadə edən sahibkar Bəhram Sultanov Heydər Əliyevin abidəsi önündə diz çökərək ondan kömək istəyir...
Daha ətraflı aşağıdakı videoda:
Qeyd edək ki, narazı sahibkar icra başçısının ünvanına ağır ittihamlar da səsləndirib ki, bu iddialarla bağlı qarşı tərəf olaraq Yevlax RİH-lə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur