SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişlənir

Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişlənir

Tarix:

17-05-2024, 10:38

/ 218 dəfə oxundu.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələr daha da genişlənir

 
Azərbaycan və Belarus arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulub. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda Səfirlikləri açılıb. Bu münasibətlər xalqlarımızı birləşdirən mehriban dostluq ənənələrinə, qarşılıqlı hörmətə və etimada söykənir. Qeyd edilməlidir ki, 18-19 noyabr 2018 -ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri, 28-29 noyabr 2016-cı il tarixində Belarus Respublikasının Prezidenti A leksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, 13-14 aprel 2021- ci il tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olub.
Hazırda Azərbaycan və Belarus arasında bir çox sahələrdə eləcə də hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Bildiyimiz kimi, Azərbaycanla Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalanıb. Əlbəttə ki, ölkələrarası əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bir sözlə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Onu da bildirək ki, Azərbaycanla Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyirlər.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. görüş zamanı Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimdə bir sıra mühüm sənədlərin, o cümlədən "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol", "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol" və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol" imzalanıbdır. Eyni zamanda "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum"u, "Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum"u, "Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu"nu və s. imzalanması dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.
Qeyd edilməlidir ki, hazırda Azərbaycan ilə Belarus arasında qarşılıqlı ticarət fəaliyyətində 270-dən çox müəssisənin iştirakı ilə 300 çeşiddən artıq malın iki ölkə ərazisində qarşılıqlı təchizatı həyata keçirilir. Onlarla Azərbaycan şirkəti Belarus müəssisələrinin respublikamızda qanuni nümayəndəsi və təmsilçisi fəaliyyət göstərirlər. Ölkəmizdə Belarus kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi təyinatlı mağazalar fəaliyyət göstərir.
İqtisadi sahədə əlaqələrin genişləndirilməsində birbaşa əmtəə ticarəti ilə yanaşı, qarşılıqlı faydalı birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi də getdikcə mühüm əhəmiyyət kəsb edir. Belarus maşınqayıranları ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlıq sənaye kooperasiyası sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi kimi ölkələr üçün əlamətdar layihəyə çevrilib. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, eləcə də müvafiq istehlak həcmləri üçün onların yığılması istehsalının yaradılmasında maraqlıdır. Ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquqi bazası yaradılıb.Təbii ki, iki ölkənin rəhbərliyi səviyyəsində sıx münasibətlər əlaqələrin demək olar ki, bütün sahələrində öz əksini tapıb.
Azərbaycanla Belarus arasında iqtisadi-ticarət əlaqələrin  daha da genişlənməsinə nümunə Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakıdır. İndi işğaldan azad olunan ərazilərimizdə dirçəliş dövrüdür. Belarus dövləti də dost ölkə olaraq bu prosesdə iştiraka öz töhfəsini verəcəkdir. "Biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər" – deyə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko bildirib.
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 
 

Şərhlər

XƏBƏR LENTİ