SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Konqoda bir sıra investisiya layihələrində iştirak etmək fikrindədir

Azərbaycan Konqoda bir sıra investisiya layihələrində iştirak etmək fikrindədir

Tarix:

5-04-2024, 12:20

/ 375 dəfə oxundu.
Azərbaycan Konqoda bir sıra investisiya layihələrində iştirak etmək fikrindədir

 
"Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir". Bunu Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında deyib. "Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz sədrliyimiz dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hesab edirəm ki, hamımızın marağındadır", - deyə dövlətimizin başçısı əlavə edib.
Azərbaycanın BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatına - Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.  Məhz Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il uzadıldı. Bəli, Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. 2019-cü ildə dünyada qazandığı siyasi nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürüdür.
Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana ilk dəfə rəsmi səfərə gəlib. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Mərasimdə həmçinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb. 
Prezidentlərin görüşlərində iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir. Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.  
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq  göstərişlər verilib. 
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidento Deni Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. Prezident İlham Əliyev bildirilib ki, "Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
 
 
Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,   Tarix üzrə fəlsəfə doktoru
 
 
 

Şərhlər

XƏBƏR LENTİ