SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Konqo yaşıl enerji sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Konqo yaşıl enerji sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Tarix:

5-04-2024, 11:20

/ 291 dəfə oxundu.
Konqo yaşıl enerji sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

 
Xəbər verildiyi kimi, ölkə başçısı İlham Əliyevin dəvəti ilə Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprel ayının 3-də Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlib. Səfər çərçivəsində prezidentlərin tətbətək və geniş tərkibdə görüşləri keçirilib, iki ölkə arasında əməkdaşlıq haqqında Bəyannamə və bir sıra mühüm əhəmiyyət kəsb edən sənədlər imzalanıb.
Səfərin əsas məqsədi Konqo ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıdır. Sovet İttifaqının dağılmasından sonra Konqo Respublikasının Qafqaz və Orta Asiya respublikaları ilə qarşılıqlı əlaqləri çox zəifləyib və yalnız Rusiya Federasiyası, Belorus və Ukrayna ilə əlaqələr qalçışdır. 
Həm Azərbaycan, həm də Konqo neft və qaz hasil edən ölkələrdir, əhali sayı da  demək olar ki, eynidir (Azərbaycanda 10 milyon, Konqoda 6 milyon). Ona görə də səfər zamanı iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasına töhfə verən ümumi xüsusiyyətlər müəyyən edilib. 
Qeyd edilməlidir ki, Konqo Afrikanın köhnə neft istehsalçılarından biridir. Ölkənin dəniz neft yataqlarında "TotalEnegies", "Eni", "Chevron" və "Halliburton" kimi iri şirkətlər ərazidəki dəniz neft yataqlarını istismar edir. Azərbaycanın dövlət neft şirkəti "SOCAR" ilə Konqo Milli Neft Şirkəti arasında ticarətin genişləndirilməsində Konqo dövləri çox maraqlıdır.  Konqonun əsas niyyəti iki dövlətin müvafiq milli neft şirkətləri arasında güclü tərəfdaşlığın yaradılmasıdır.
Xüsusi olaraq qeyd edilməlidir ki, Konqo Respublikası yaşıl enerji sahəsində Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir. Azərbaycanın yaşıl enerji sahəsində böyük təcrübəsi var. Konqoda həcminə görə Amazondan sonra ikinci, Afrikada isə Nildən sonra ikinci ən uzun çay olan Konqo çayı var. Bu çay Konqo Demokratik Respublikası və Konqo Respublikası üzərindən keçir və su elektrik enerjisi istehsalı üçün böyük potensiala malikdir. Azərbaycanın hidroqrafiyaya əsaslanan yaşıl enerji təcrübəsindən istifadə edərək, Konqoda elektrik enerjisinin paylanması və kənd təsərrüfatının suvarılmasını təmin etmək üçün bəndlər tikintisi planlaşdırılıb.
Konqonun məhsuldar torpağı var, ilin səkkiz ayında yağan güclü yağışlar sayəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün böyük potensialı vardır. Lakin Konqoda kənd təsərrüfatı sektorunda tam potensial əldə etmək üçün mexanizasiya tələb olunur. Bu, tərəfdaşlığın inkişaf edə biləcəyi bir sahədir və Konqoda kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində Azərbaycanın təcrübəsindən geniş istifadə edilməsi nəzərdə tutulub.
Bakıda iki ölkə Prezidentləri arasında keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir.    
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq  göstərişlər verilib. 
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidento Deni Sassu-Nqessonu noyabr ayında ölkəmizdə keçiriləcək COP29 tədbirində iştirak etmək üçün dəvət edib. 
 
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
 
 
 

Şərhlər

XƏBƏR LENTİ