Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...
Yasamal rayonu, Nərimanov prospekti 5-də, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı 7 mərtəbəli binanın 1-ci mərtəbəsində obyekt tikintisi zamanı çoxillik şam ağaclarına ziyan vurulub, bir çox ağaclar isə ümumiyyətlə yerindən çıxarılıb aparılıb. Hadisə Nərimanov prospektinin yamac hissəsində baş verib.
Tikintidə işləyən fəhlələrin Tribunainfo.az-ın əməkdaşına dediyinə görə təyinatı bəlli olmayan obyektə ağaclığın içindən maşın yolu açılır.
Abtomobillərin rahat gedib-gəlməsi, park edilməsi üçün 6 çoxillik şam ağacları yerindən çıxarılıb.
Fəhlələrin dediyinə görə guya həmin ağacları kəsməyiblər, kökündən çıxarıb başqa yerdə əkiblər, amma harda əkiblər məlum deyil.
Bundan başqa tikintini aparanlar 500 kvadratmetrlik yaşıllıq ərazisini məhv edərək həmin yerə beton töküblər, 200 kvadratmetrə yaxın qazon ortüyünü isə qazıb yerindən götürərək özlərinə parkovka yeri düzəldiblər. Həmçinin digər çoxillik şam ağaclarının dibinə sementlə qarışdırılmış suyu axıdıblar ki, ağaclar süni surətdə qurusun.
Hal-hazırda ərazidə qanunsuz işlər davam edir.
Tribunainfo.az-ın əməkdaşının hadisə yerindən çəkdiyi fotoları və videonu təqdim edirik.
Qarşı tərəfin və digər aidiyyatı qurumların movqeyini dərc etməyə hazırıq.






İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb