Azərbaycanda taksilər üçün ən populyar maşınlar - REYTİNQ
Martın 22-si Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.
Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub.
Modern.az-ın məlumatına görə, “Maxim” taksi xidməti bu bayram münasibəti ilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini hazırlayıb.
Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə Opel Astra və Toyota Prius yüksəlib. “Maxim” sifariş xidmətindən faydalanan sürücülər arasında həmin maşınların payı, demək olar ki, bərabərdir – rəqəmlər müvafiq olaraq 12,6% və 12,3%-dir.
Taksi sürücülərinin ən sevimli avtomobillərinin arasında üç Premium sedan var: Mercedes C-class, Mercedes E-class və Mercedes-Benz 220. Sürücülərin 10%-i lüks avtomobilə üstünlük verir.
Populyar avtomobillərin tam reytinqi bu cürdür:
Opel Astra – 13%
Toyota Prius – 12%
Mercedes C-class – 5%
KIA Rio – 4%
Mercedes E-class – 3%
Toyota Corolla – 3%
KIA Ceed – 2%
Mercedes-Benz 220 – 2%
Chevrolet Cruze – 2%

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb