SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qlobal Bakı Forumu dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır

Qlobal Bakı Forumu dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır

Tarix:

15-03-2024, 10:04

/ 169 dəfə oxundu.
Qlobal Bakı Forumu dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır

 
Martın 14-16-da Bakı şəhərində keçirilən XI Qlobal  Bakı Forumunda edilən müzakirələrin nəticələri beynəlxalq aləmdə, dünya mediasında ciddi reaksiyalar doğurur.
Qlobal Bakı Forumu hazırda dünyanın əsas fokuslandığı siyasi tədbirlərdən biri halına gəlib. Bu Forum çərçivəsində Azərbaycanla dünyanın digər ölkələri arasında kifayət qədər yaxşı əlaqələr formalaşır. Həmçinin artıq ənənəvi hal alan hər ilin mart ayında keçirilən Qlobal Bakı Forumları dünyanı narahat edən bir çox ciddi məsələlərə beynəlxalq müqaviməti formalaşdırır. Burada iştirakçı olan dünyanın nüfuzlu dövlət başçıları, keçmiş hökumət və dövlət rəhbərləri məhz Azərbaycandan dünyaya müəyyən çağırışlar edirlər.
Qlobal  Bakı Forumunda edilən müzakirələrin nəticələri beynəlxalq aləmdə, dünya mediasında ciddi reaksiyalar doğurur. Artıq Azərbaycan müxtəlif beyin mərkəzlərinin əsas toplaşma məkanına çevrilibdir. İstər paytaxt Bakıda, istər işğaldan azad edilmiş ərazilərdə kifayət qədər önəmli, dünya səviyyəli forum və tədbirlər keçirilir. Prezident İlham Əliyevin himayəsi altında dəfələrlə keçirilmiş Qlobal Bakı Forumu dünyanın trendlərini müəyyənləşdirən ən mühüm beynəlxalq forumlardandır. 
Burada edilən müzakirələr dünyanın gələcəyinə aydın baxışlar formalaşdırır. Daha yaxşı gələcək, dünya naminə qlobal həmrəylik və məsuliyyət şüurunun zəruriliyi ortaya çıxır . Eyni zamanda, hesab edirəm ki, bu gün ayrı-seçkiliyin, islamafobiyanın, iqlim məsuliyyətsizliyinin bütün dünya siyasətini cənginə aldığı bir vaxtda bu tip forumların kifayət qədər böyük əhəmiyyəti var”. 
Azərbaycan bu gün neokolonializmə qarşı mübarizədə ön sıralarda yer alır. Ölkəmiz multikultural ənənələrinə görə dünyaya örnəkdir. Belə bir ölkənin bu tip tədbirlər keçirməyi də təqdirəlayiqdir.
 sonuncu Qlobal Forumdan sonra dünyada və regionda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişiklik isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur.
Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.
Azərbaycanın qeyri-qanuni işğalın qurbanı olduğu və etnik təmizləməyə məruz qaldığını bildirən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.
Forumda iştirakçıların nəzərinə çatdırılıb ki, indi Qarabağ məsələsi artıq bağlanıb və hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çox yaxınlaşılıb. Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.
Qlobal Forumda Ermənistanın əsas havadarlarından olan Fransanın da regionda və ondan kənarlarda yürütdüyü siyasət tənqid edilib. Bildirilib ki, Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.
 
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru

Şərhlər

XƏBƏR LENTİ