SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabunçunun başçısı tarixi abidələrin QƏSDİNƏ DURUB... - ÖZBAŞINALIQ!

Sabunçunun başçısı tarixi abidələrin QƏSDİNƏ DURUB... - ÖZBAŞINALIQ!

Tarix:

5-03-2024, 09:32

/ 374 dəfə oxundu.
Sabunçunun başçısı tarixi abidələrin QƏSDİNƏ DURUB... - ÖZBAŞINALIQ!

“QƏSR” Mədəni İrsin və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi tərəfindən gundemxeber.az xəbər portalının redaksiyasına olduqca diqqəti cəlbedən məlumatlar daxil olub. İctimai Birliyin məlumatlarinda bildirilir ki, "Şəxsi maraqlarını dövlət marağından üstün tutan Bakı şəhəri, Sabunçu RİH-nin Başçısının göstərişinə əsasən dövlət qeydiyyatında olan tarixi qəbirlər dağıdılmışdır.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü yəni; 12.12.2023-cü il və növbədənkənar prezident seçkilərinin nəticəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təstiq edilməsindən bir gün qabaq, yəni; 12.02.2024-cü il tarixlərdə dövlət mühafizəsində olan “tarixi qəbirlər, qədim yaşayış məskənləri, kurqan” və 100 ədəd 266 il yaşı olan əncir ağacları qəsdən, Sabunçu RİH başçısının göstərişi ilə bir qrup vəzifəli şəxslər tərəfindən qabaqcadan əlbir olaraq şəxsi maraqlar çərçivəsində məhv edilərək dağıdılmışdır.

AR Mədəniyyət və Turizm Nazirliyi tərəfindən (hal-hazırda Mədəniyyət Nazirliyi) 1078/09 saylı, 04.05.2009-cu il tarixli məktubu ilə qeyd olunan tarix və mədəniyyət abidələrinin və tarixi ərazinin toxunulmazlığının təmin edilməsini Bakı şəhəri, Sabunçu RİHB-dan xahiş edilmişdir. İB-nin 08.08.2014-ci il tarixli, 025/01-2014İB saylı sorğusuna cavab olaraq AR Mədəniyyət və Turizm Nazirliyi (Mədəniyyət Nazirliyi) 08.09.2014-ci il tarixli 2426/09 saylı məktubu ilə bu tarixi faktı bir daha təsdiq etmişdir. Bütün qeyd olunanlara baxmayaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Vətəndaşların müraciətləri ilə iş sektoru”nun baş məsləhətçisi Zülfüqarova Gülnarə Əsgər qızının “rəbərliyilə” Sabunçu RİH başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orucov Ruhin Eyvaz oğlu, Kürdəxanı bələdiyyəsinin sədri Məsumov Ağaəli Əlifhəmzə oğlu, nümayəndəliyin müavini Tağıyev İxtiyar Altay oğlu 12.02.2024-cü il tarixli saxta akt tərtib edərək, Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin havadarlığı ilə şəxsi maraqları çərçivəsində dəfələrlə “ərazi” traktor vasitəsilə məhv edilərək dağıdılmışdır.

Tarixi ərazi Ləhiş bağlar massivinin 35-ci dalanın (tupikin) sonunda yerləşir. Bağ-torpaq sahəsinin içərisinə doğru heç bir küçə heç vaxt mövcud olmamışdır. Sadəcə olaraq bir qrup vəzifəli şəxslər öz vəzifə səlahiyyətlərini aşaraq, qəbir üzərində təhqiredici hərəkətlər etməklə, ərazinin tarixiliyinin izini itirib, torpağı zəbt edib satmaq istəyirlər. “Məlum tarixi qəbirlər, qədim yaşayış məskənləri, kurqan” “yeni aşkar edilmiş” tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüş və mühafizə olunur. İnzibati ərazinin Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinə və Sabunçu İH-nin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinə heç bir aidiyyatı yoxdur.

Tarix və mədiyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa əsasən; Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat təsərrüfat və digər işlərin aparılması qadağandır. (Maddə 10. Abidələrin toxunulmazlığı). Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati. Intizam və mülki məsuliyyət daşıyırlar. (Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət)."
Yazıda adıçəkilən rəsmi şəxslərin də mövqeyini dinləməyə hazırıq.


GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ