İmamverdi İsmayılov həbs olunan “Reket jurnalist”ə hamilik edirmiş?
Bir neçə ildir ki, Azərbaycan cəmiyyəti üçün bəlaya çevrilən “Gündəlik-Bakı” adlı qəzetin və bir neçə reket saytın rəhbəri olan Habil Vəliyevin həbsindən sonra bir sıra maraqlı məqamlar üzə çıxıb.
Qeyd edək ki, ləğv olunmuş MTN-in Anti Terror Mərkəzinin çətiri altında fəaliyyət göstərən “reket” baş redaktorun şantaj edərək, hədə-qorxu ilə pul almadığı iş adamı, idarə müdiri qalmamışdı.
Habil Vəliyevin istintaqı zamanı aparılan araşdırmalarda onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu üzə çıxıb. “Reket jurnalist”in əlaqələri müəyyən olunarkən hər iki şəxsin davamlı telefon danışıqları üzə çıxıb.
Araşdırmalarda həmçinin, İmamverdi İsmayılovun Habil Vəliyev vasitəsilə bəzi məmurlar haqqında informasiyalar da yazdırdığı bəlli olub.
Artıq məsələdən deputatın da xəbərdar olduğu və çıxılmaz duruma düşdüyü bildirilir.
Məsələ ilə bağlı deputatın özünün də fikirlərini təqdim etməyə hazırıq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır