SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü artıq başını dik tutaraq yad edir

Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü artıq başını dik tutaraq yad edir

Tarix:

27-02-2024, 14:02

/ 221 dəfə oxundu.
Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü artıq başını dik tutaraq yad edir

 
Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır. 1994-cü ildə o zamankı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 Fevral - Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb. 
Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir. Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır.  
Azərbaycan Xocalı soyqırımının 32-ci ildönümünü artıq başını dik tutaraq yad edir. 2020-ci ilin sentyabrın 27-də başlanan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək zəfərə nail olub. Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alınıb. 
44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il İkinci Qarabağ müharibəsi, ondan üç il sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri zamanı Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, cəsarət göstərdi. Düşmən tapdağı altında olan bütün ərazilər işğaldan azad edildi.
Fevralın 26-da Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Prezident İlham Əliyev bildirib: “Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı”.
Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin”.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkünlərin ilk nümayəndələri artıq öz döğma yurdlarına köçülülməsinə başlanılıb. Xocalı şəhəri ötən il sentyabrın 20-də işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada bərpa işlərinə başlanılıb.   “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”-deyə cənab Prezident Xocalılarla görüşündə bildirib.
 
Türkan Cümşüdova – YAP üzvü


 

Şərhlər

XƏBƏR LENTİ